Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirlib ki, xilasedicilər partlayışdan sonra itkin düşmüş hesab edilən 14 nəfərdən 7-nin meyitini aşkarlayıblar.
Qeyd olunub ki, ölənlər arasında bir çavuş və altı çağırışçı var. Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların təmizlənməsi davam etdirilir.
Boliviya Prezidenti Rodriqo Pas faciə yerinə baş çəkib. O bildirib ki, ölən hərbi qulluqçulara ölümündən sonra çavuş rütbəsi veriləcək.
Xatırladaq ki, Viaçadakı hərbi obyektdə partlayış sentyabrın 4-də baş verib. Daha əvvəl iki nəfərin öldüyü və 59 nəfərin yaralandığı bildirilib.
- Trampdan "Bombardier"lə bağlı inanılmaz çağırış...
- Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə!
- Rusiyada iki Su-35 qırıcısı havada toqquşdu
- Ekspert açıqladı: Qiymətlər 50 faiz ucuzlaşacaq...
- Xəyanət edən 1000 kişini döyməyi hədəf qoydu
- Boliviyada partlayış: ölənlərin sayı 7-yə çatdı
- Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
- Putin onları yola salan kimi bu ölkəyə getdi