İsrailin Baş naziri Benyamin Netanyahu BƏƏ Prezidenti Məhəmməd bin Zayedin 7 oktyabr 2023-cü il tarixindən təxminən 10 gün əvvəl Yəhya Sinvarın İsrailə qarşı böyük əməliyyat hazırladığı barədə xəbərdarlıq etdiyi məlumatını təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə Netanyahu özü deyib.
Bildirilib ki, baş nazir həmçinin vəkillərinə “Haaretz” qəzeti və onun müxbiri Şlomi Eldarı məhkəməyə vermələri barədə göstəriş verib.
Netanyahu qeyd edib ki, 2023-cü ilin sentyabr ayının əvvəlləri ilə oktyabrın 7-də baş verən işğal arasında onunla BƏƏ prezidenti arasında heç bir telefon danışığı olmayıb.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
O iddia edir ki, belə bir danışıq baş versəydi, bununla bağlı aydın sənədləşmə mövcud olardı. Lakin Baş nazirlik ofisinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı belə bir sənəd aşkarlanmayıb.
- Qazaxıstanda şok əməliyyat: 21 ton narkotik...
- Putin və Tramp bu məsələni müzakirə etdi - Peskov
- Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
- Qərbi Azərbaycanda din xadimi öldürüldü
- Suriyada güclü partlayış: 3 nəfər öldü
- Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video
- Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
- Batumidən uçan təyyarə Rizədə dənizə düşdü - Video