Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video

10:58 - 9 Sentyabr 2026 - GÜNDƏM

 Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video

Mingəçevir şəhərində ağac yaşayış binasının üstünə aşıb.

BUTA.TV” xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

Mingəçevir Şəhər Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən 9 saylı uşaq bağçasının həyətindəki irigövdəli şam ağacı kökündən qırılıb və yaxınlıqdakı 3 mərtəbəli binanın üstünə düşüb.

Nəticədə mənzilə ciddi zərər dəyib.

Bu xəbər hal-hazırda çox oxunur
Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video

Ev sahibi bildirib ki, əvvəllər bu ağacın təhlükəli olması barədə aidiyyəti qurumlara müraciət etsə də, tədbir görülməyib.

Ərazidən görüntüləri təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol