Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda olub.
Belə ki, “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Hadisə nəticəsində 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub: minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
Yunis Quliyev





- Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
- Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
- Aleksandr Şarovski vəfat etdi
- Kiyevdə partlayışlar oldu
- Paşinyan Fransaya getdi
- Çin ordusu robotları müharibəyə hazırlayır
- Bu, əsl dönüş nöqtəsidir - Merkel
- Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...