Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.
Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.
Sail Ağasəlim
- Rusiya Xarkovda qatara hücum etdi: yaralılar var
- Coşqunun yaxın günlərdə toyu olacaqmış...
- “Anadolu”nun jurnalistləri itkin düşdü - Video
- SSRİ dağılanda Ukraynanın iqtisadi gücü... - Bessent
- Paşinyan hakimiyyətdə olduğu müddətdə... - Zatulin
- Tramp İsrailə qarşı sanksiyalara qarşı çıxmadı
- Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
- Nepalda ölənlərin sayı artdı