Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video

16:22 - 9 Sentyabr 2026 - GÜNDƏM

 Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video

Bir müddət öncə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli film yayımlanıb.

BUTA.TV” xəbər verir ki, 15 bölümdən ibarət sənədli filmin 6-cı hissəsində Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin onlara kömək təklif etməsindən danışıb.

“Azərbaycan Diyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”, - M.Görmez bildirib.

İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol