Almaniya kansleri Fridrix Merz hərbi-sənaye kompleksinin köləsidir. Ona daha çox pul və daha çox sifariş lazımdır ki, bundan qazanc əldə edə bilsin.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Almaniyanın xarici işlər naziri Vadeful Ukraynadan o qədər də razı olmadığını bildirib. İlk baxışdan belə düşünmək olar ki, o, AB-nin insan hüquqları ilə bağlı hesabatını oxuyub və Ukraynada vətəndaşlara qarşı baş verən özbaşınalıqdan, insan hüquqları, şərəf, ləyaqət və mənəviyyat baxımından müasir həyatı tənzimləyən qayda və qanunların pozulmasından dəhşətə gəlib. Lakin xeyr, onun Ukraynadan, Kiyev rejimindən və Bankovayadan narazılığının səbəbi tamamilə fərqli olub. O, Ukraynanın Almaniyanın hərbi-sənaye kompleksinə çox az sayda hərbi sifariş verdiyini deyib. Merzin, Vadefulun və onun komandasının hərbi-sənaye kompleksi ilə əlaqələri uzun illərdir mövcuddur. O, sadəcə olaraq bu sahənin maraqlarını lobbiləşdirmir, faktiki olaraq hərbi-sənaye kompleksinin maraqlarına xidmət edir. Merz bu kompleksdən asılı vəziyyətdədir. Buna görə də daha çox maliyyə və daha çox hərbi sifariş tələb olunur ki, kanslerə də bundan müəyyən pay çatsın”, - o bildirib.
- Nepalda ölənlərin sayı artdı
- "Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
- Rusiya bir gecədə bu qədər PUA vurdu
- Erməni ordusu bu “sovet ənənəsi”ndən imtina edir
- Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
- Zaxarovadan Merzə sərt ittiham: Kölədir...
- ABŞ vurdu, İran tankeri batdı - Video
- 1659-cu gün: Rusiyanın itkiləri yeniləndi