Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...

08:30 - 9 Sentyabr 2026 - GÜNDƏM

 Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...

Rusiya Ukraynaya qarşı kombinə edilmiş zərbələrin intensivliyini artırır və bununla sosial-iqtisadi böhran yaratmağa çalışır. Bunun üçün Moskva ballistik silahların istehsal həcmini artırmağa və onların uçuş məsafəsini genişləndirməyə çalışır.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) rəisinin müavini, general-mayor Vadim Skibitski bildirib.

“Bizim qiymətləndirmələrimizə görə, Rusiya bu ilin sonunadək uçuş məsafəsi 800 kilometrədək olan yeni tip ballistik raketlərin yekun sınaqlarını keçirməyi planlaşdırır”, – deyə Skibitski vurğulayıb.

Onun sözlərinə görə, bu sınaqlar zamanı ruslar Ukraynanın qərbində yerləşən obyektləri vurmağa cəhd göstərə bilərlər.

Bu xəbər hal-hazırda çox oxunur
Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video

General-mayor həmçinin qeyd edib ki, Rusiyanın təcavüzkar planlarına Qara dənizin blokadaya alınması, Belarusun Ukraynaya qarşı müharibəyə cəlb edilməsi və NATO-ya qarşı hibrid əməliyyatlara cəlb olunması cəhdləri daxildir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol