ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Ukraynada hamı üçün “faydalı olacaq” sülhdən danışır. Lakin son diplomatik hadisələr o qədər də ümidverici görünmür.
BUTA.TV xəbər verir ki, bunu ingiltərəli siyasi ekspert, jurnalist Stüart Dauell bildirib.
“Bu, ukraynalıların öz dövlətçiliyinin mövcudluğu uğrunda mübarizə apardığı, Vladimir Putinin isə məhz bunu məhv etməyə çalışdığı bir müharibədir. Burada “hamı üçün qələbə” deyə bir şey yoxdur”, – o hesab edib.
Dauellin fikrincə, Moskva müəyyən güzəştlərə getməyə hazırdır. Çünki İranda aydın diplomatik irəliləyişə nail olmaq getdikcə çətinləşdiyindən, Trampa diplomatik uğur lazımdır:
“Putin prosesi davam etdirmək üçün kifayət qədər güzəştə gedə bilər, lakin onun üçün əhəmiyyətli olan tələblərdən imtina etməz. Bu tələblər hələ də sərtdir. O, Ukraynanın ərazilərdən, o cümlədən hazırda Rusiyanın işğal etmədiyi torpaqlardan imtina etməsini, NATO-ya üzvlükdən vaz keçməsini, silahlı qüvvələrini məhdudlaşdırmasını və “denasifikasiya” ilə razılaşmasını, yəni Moskvaya hesabat verən hökumətin formalaşdırılmasını istəyir. Onun daha geniş tələbləri NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun 1997-ci ilin may ayındakı səviyyəyə qədər azaldılmasını nəzərdə tutur”, – deyə o xatırladıb.
Onun sözlərinə görə, Ukraynanın müdafiə imkanlarını məhdudlaşdıran razılaşma, ABŞ-ın prosesə daha az cəlb olunması ilə birlikdə, Vaşinqtonla Moskva arasında təsir dairələrinin bölüşdürülməsinə dair gizli razılaşma olmasa belə, Putinin məqsədlərinə çatmasına şərait yarada bilər.
- Çin ordusu robotları müharibəyə hazırlayır
- Bu, əsl dönüş nöqtəsidir - Merkel
- Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...
- ABŞ-ın 2 hərbi gəmi və 8 neft tankerinə zərbələr endirildi
- Putin kifayət qədər güzəştə gedə bilər
- SEPAH F-35-lərin olduğu bazanı vurdu
- 50 il sonra yenidən... - Video
- İrana məxsus 5 neft tankeri məhv edildi - Video