"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.
"Köhlən atlar" 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.
Mərakeş millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.
Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.
- Xersonda ardıcıl partlayışlar baş verdi
- Ronaldonun qolu "Əl-Nəsr"ə qələbə gətirdi
- Çində keçmiş məmur ölüm cəzasına məhkum edildi
- ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan fərman
- Azərbaycanlıların olduğu gəmiyə dron hücumu edildi - Video
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü