Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!
- Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan
- İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?
- Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video
- Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev
- Azərbaycan “orta güc”ə çevrilir - Ekspert
- Xanazax istiqamətində atəş açılması... - MN
- İranın qarşısında nəhəng ABŞ var: razılaşmasa… - Ekspert
- Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev