Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin antiazərbaycan isteriyasının nəticəsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Politoloq İranın bəzi bəyanatlarının fanatik dairələri azğınlaşdırdığını qeyd edib:
“İrandan Azərbaycan əleyhinə daima səslənən “Sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılmasını tələb etməliyik. Həmçinin, bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu”.
Qeyd edək ki, bu gün 8:30-da Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.
- Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya
- Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay
- Həbs edilən icra başçıları şərik çıxdı
- AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?
- Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi
- İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya
- Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan
- Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu