Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəminində olduğunu düşünmürük.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
O söyləyib ki, hücumla bağlı bütün məsuliyyəti İran daşıyır.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
- Ramiz Mehdiyevlə Ermənistanla necə əlaqə saxlayırmış?
- Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş
- Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi
- 4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var
- "Forbes" İranın gücünü müqayisə etdi: Siyahıda Azərbaycan da var
- Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi
- Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...
- 1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci