İranın “Traktor” klubu Azərbaycanın Tehrandakı səfirliyinə hücuma münasibət bildirib.
BUTA.TV xəbər verir ki, klub bununla bağlı Tvitter səhifəsində paylaşım edib.
“Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu şiddətlə qınayırıq.
Terrora son!”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
- Xersonda ardıcıl partlayışlar baş verdi
- Ronaldonun qolu "Əl-Nəsr"ə qələbə gətirdi
- Çində keçmiş məmur ölüm cəzasına məhkum edildi
- ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan fərman
- Azərbaycanlıların olduğu gəmiyə dron hücumu edildi - Video
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü