Bu gün səhər saat 5:30-da İranın rəsmi İSNA xəbər agentliyi Azərbaycan Prezidentinə və dövlətinə qarşı qərəzli və böhtan dolu yazı dərc edib.
BUTA.TV xəbər verir ki, yazı müəllifi və regionşünaslıq üzrə professor Kiyumərs Yəzdanpənahın məqaləsində qeyd olunur:
“Azərbaycan Respublikası tərəfindən Laçın yolunun hələ də açılmaması erməni soyqırımı kimi qəbul edilməlidir və belə bir acı hadisənin fəsadları barədə tezliklə ruslar xəbərdar edilməlidir.
Azərbaycanın bölgədə mühasirədə olan 120 min erməni xalqına qarşı qeyri-insani davranışına heç bir şəkildə haqq qazandırmaq və dözmək olmaz. Əgər tədbir görülməzsə, bu bölgədə səssiz ölüm baş verəcək”.
Dövlətə yaxınlığı ilə seçilən agentliyin bu yazısından bir neçə saat sonra, saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə hücum olur. Nəticədə bir nəfər dünyasını dəyişir, 2 nəfər isə yaralanır.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı