Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyirik.
BUTA.TV xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev deyib.
“Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, - o bildirib.
TDT-nin baş katibi İran hakimiyyətini hücumu hərtərəfli araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
- Ronaldonun qolu "Əl-Nəsr"ə qələbə gətirdi
- Çində keçmiş məmur ölüm cəzasına məhkum edildi
- ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan fərman
- Azərbaycanlıların olduğu gəmiyə dron hücumu edildi - Video
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü
- Gələcəyin avtomobili onlardır - Putin açıqladı