Rusiya xüsusi xidmət orqanları ölkənin NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə İsveçdə vəziyyətin sabitliyini pozmaq üçün əməliyyat təşkil edib. Söhbət yanvarın 21-də Quranın yandırılması aksiyasından gedir.
BUTA.TV xəbər verir ki, bu barədə Robert Lansinq Qlobal təhlükələr və demokratiyanın araşdırılması İnstitutunun hesabatında qeyd olunub.
“Moskva Quranı yandıran Rasmus Paludandan Rusiya Baş Kəşfiyyat İdarəsinin agenti olan yerli jurnalist Çanq Yohannes Frik vasitəsilə öz xeyrinə istifadə edib. Hücum Ankaraya yönəldiyi üçün aksiyanın yeri - Türkiyənin Stokholmdakı səfirliyinin qarşısındakı ərazi təsadüfi seçilməyib”, - hesabatda qeyd olunub.
Bildirilib ki, Kremlin bunda məqsədi terror təhlükəsinin səviyyəsini yüksəltmək, həmçinin İsveçin NATO-ya inteqrasiyasının qarşısını almaqdır. Maraqlıdır ki, əməliyyat Türkiyə müdafiə nazirinin İsveçə səfəri ərəfəsində həyata keçirilib.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - Video
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video