Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı, İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir. Adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla, beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, Tehran bütün vasitələrdən istifadə edərək Azərbaycana qarşı təhdidləri gücləndirməyə çalışır:
“Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır.
Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlar ilə yanaşı, bir müddət öncə Yerevan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir.
Allahdan dünyasını dəyişən həmyerlimizə rəhmət, yaralanan səfirlik əməkdaşlarına şəfa diləyirik”.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video