Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək İrandakı səfirliyə qarşı törədilmiş terror hücumu ilə bağlı öz başsağlığını çatdırıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən bu kimi xain hücumları qətiyyətlə pisləyən nazir Ceenbek Kulubayev Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, Səfirlik əməkdaşlarına qarşı bu terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.
C.Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı