Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da coşqu ilə davam edir.
BUTA.TV xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları Laçın-Xankəndi yolundadırlar. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
- Ermənistan Azərbaycan vasitəsilə bu ölkələrə açılır
 - Əsas çətinlik yeni reallıqla barışmaqdadır
 - Xıdır Rəhmanov və xanımı Moskvada narkotiklə saxlanıldı
 - Bakıda hərbi paradda yeni Rusiya silahı?.. - İddia yayıldı
 - Ramiz Mehdiyevin Qəbələdəki gülləkeçirməz villası... - Video
 - Paşinyan açıqladı: Rusiya bundan sonra...
 - Ermənilərin Qarabağa qayıtması riskdir - Paşinyan
 - Mehdiyevlər İmişli bazarını belə ələ keçirib - Şok detallar