BUTA.TV Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı israilli məşhur politoloq, beynəlxalq hüquq üzrə ekspert Mixail Finkel Globalinfo.az-a müsahibəsini təqdim edir:
– Səfirliyə edilən hücumdan sonra İran Xarici İşlər Nazirliyinin açıqlamasında və İran televiziyasının hadisəni törədən terrorçudan aldığı müsahibədə bununla bağlı “məişət hadisəsi” təəssüratı yaratmağa çalışılır. Terror aktından dərhal sonra isə hücumun erməni tərəfindən törədildiyi iddia olundu. Sizcə, İran hakimiyyəti bunu məqsədyönlü şəkildə təşkil edib?
– İran rejimi terrorçu rejimdir. Və dünyanın əksər sivil dövlətləri tərəfindən bu belə qəbul olunur. O bütün dünyanı əhatə edir. “Hizbullah”, “İslam cihadı”, “Həmas”, husilər kimi terrorçu təşkilatlar İrana tabedir. Onlar Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, İsrailə, Avropa ölkələrinə hücumlar təşkil edir. 1994-cü ildə Argentinada Yəhudi icma mərkəzinin partladılması nəticəsində 100 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Argentina kəşfiyyatının gəldiyi nəticəyə görə, bunun arxasında SEPAH və İran hakimiyyəti dayanır. Ona görə də mən indiki hadisəyə təəccüblənmirəm. Əlbəttə ki, bunun arxasında İran dayanır. Bu hansısa təsadüf nəticəsində baş verməyib. Onların dediyi bütün yalanların reallıqla heç bir bağlantısı yoxdur. Beynəlxalq hüquq görə, bir ölkənin səfirliyinə hücum müharibə elan edilməsinə bərabər hesab olunur.
– Bu terror aktı Azərbaycanın İsraildə səfirlik açmasına cavab ola bilərmi?
– Bu, Holokost günü baş verdi. Bu, Azərbaycan İsraildə səfirlik açmasını elan etdikdən sonra baş verdi. Şübhəsiz ki, bu, Azərbaycanı qorxutmaq və Azərbaycan-İsrail dostluğunu, əməkdaşlığını sarsıtmaq cəhdidir.
– Bu gün baş verən hadisə bütövlükdə region üçün hansı nəticələri doğuracaq?
– Düşünürəm ki, bu hadisənin nəticələri müxtəlif ola bilər. Çox güman ki, Azərbaycan və İran arasında isti müharibə olmayacaq. Amma diplomatik əlaqələrin kəsilməsi ehtimalı indi heç vaxt olmadığı qədər artıb.
– İsrail səfiri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdü. Təl-Əviv bu istiqamətdə Bakıya hansı dəstəyi verə bilər?
– İsrail qardaş Azərbaycan xalqına başsağlığı verir. Bizim səfir gəlib Prezidentin köməkçisi Hikmət Hacıyevlə danışdı. Biz həm kəşfiyyat məlumatı, həm texnologiya sahəsində kömək təklif edə bilərik, səfirliklərin mühafizəsi işində və belə insidentlərin olmasına imkan verməmək üçün təcrübəmizi bölüşə bilərik. Bizim kontr-terror əməliyyatı sahəsində zəngin təcrübəmiz var və bu təcrübəni sizlə bölüşə bilərik. Biz birlikdə güclüyük. Heç bir düşmən Azərbaycan və İsrail xalqları arasındakı dostluq, əməkdaşlıq və müttəfiqlik, qardaşlıq münasibətini korlaya bilməz.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...