Hücum edən şəxs İran polisi tərəfindən dərhal ələ keçirilib və onun dindirilməsi dünən günortadan davam edir.
BUTA.TV xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian 27 sentyabrda Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu haqda deyib.
Abdullahian İran xüsusi xidmət orqanlarının Azərbaycandan olan həmkarlarına son informasiyaları təqdim etdiyini bildirib:
“Bizim təhlükəsizlik orqanları və məhkəmə sistemi əməkdaşlarının sözlərinə görə, hücum şəxsi zəmində olub. Onun arvadı doğrudanmı Azərbaycan səfirliyində olub, doğrudanmı o, səfirliklə əlaqə saxlaya bilməyib, başqa motivlər olubmu – hər şey aydınlaşacaq. Amma əməliyyat metodu, təhlükəsizlik qüvvələrinin və polisin fikrincə, bunun qəsdən törədilmiş terror aktı olmadığını, şəxsi səbəblərdən atılan addım olduğunu ortaya qoyur”.
Qeyd edək ki, İran hakimiyyəti teraktdan dərhal sonra hadisəni məişət zəmininə çəkmək üçün bütün vasitələrdən istifadə edir. Hücum edən şəxsin o əraziyə necə gəldiyi, Tehranda hazırda mövcud olan polis postlarından avtomat silahla necə keçməsi, onun səfirliyin binasını güdərkən təhlükəsizlik xidmətinin niyə hərəkətə keçməməsi, səfirliyin qapısı önündəki mühafizəçinin aradan çıxması və terrorçu binadan çıxdıqdan sonra belə qapını gürzlə vurduğu anda iranlı mühafizəçinin qeyb olmasının səbəbi və s. kimi açıq suallar bir kənarda qalıb, İran “şəxsi zəmini” əsas gətirərək, bunun terror aktı olmadığını iddia etməkdə maraqlı görünür.
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək