Bakı-Qazax magistral yolunun 310-cı kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü M.İsmayılovun idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü M.Həsənovun idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 1973-cü il təvəllüdlü T.Dursunova, 1995-ci il təvəllüdlü G.Dursunova, 1953-cü il təvəllüdlü A.Həsənova və 1980-ci il təvəllüdlü Y.Həsənova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
- İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
- Mixail Fedorov İtaliya müdafiə nazirinin müşaviri oldu
- Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü
- Gələcəyin avtomobili onlardır - Putin açıqladı
- Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu edildi - Video
- Türkiyədə meşə yanğını: evlər boşaldılır
- Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra...
- Putin və Ərdoğan Ukraynanı müzakirə edəcək