Avropa ölkələrindən yaz aylarında İrana səyahət etmək üçün bu ölkənin əlaqədar qurumlarına müraciət qeydə alınmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Turizm Bələdçiləri Birliyinin rəhbəri İbrahim Purfərəc açıqlama yayıb.
O, Avropa Birliyinin SEPAH-a qarşı sanksiyalar tətbiq etməsi və bunun mediada yayılmasının avropalılarda iranafobiyaya səbəb olduğunu və onların İrana səyahət etməkdən çəkinməsi ilə nəticələndiyini bildirib.
"Xarici, xüsusən avropalı turistlərin cəlb olunmasında Türkiyə, Azərbaycan və BƏƏ İranın rəqibləridirlər. Turistlər adıçəkilən ölkələrə getməyə üstünlük verirlər. Turizm təşkilatlarının isə bunun qarşısını almaq üçün fəaliyyətləri nəticəsiz qalıb", - Purfərəc qeyd edib.
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək