İrana təşkil edilən son hücumların fonunda Ermənistanda təşviş başlayıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, erməni tərəfi məlum hücumlardan sonra İrəvanın Tehranın dəstəyindən məhrum olacağından qorxur.
Təsadüfi deyil ki, gecə yaşananların fonunda Ermənistan mətbuatı aktiv şəkildə İranın müdafiəsinə start verib. Üstəlik, İranın təhlükəsiz orqanlarının hücuma qarşı effektiv müdafiə təşkil edə bildikləri vurğulanıb.
Maraqlı məqam isə İrana dəstək kampaniyasının daha çox müxalifyönlü media qurumları tərəfindən aparılmasıdır. Bunun qarşılığında isə Paşinyana bağlı media qurumları məsələlərə bitərəf yanaşmağa çalışıblar.
Bu gün açıqlama yayan erməni türkoloq Varujan Geqamyan İranda həyata keçirilən hücumların Ermənistanın müdafiəsi məsələsində özünü göstərəcəyini bildirib:
“Aydındır ki, regionda böyük müharibə başlayır və onun bizə təsiri, hətta ərazimizdə aparılması ehtimalı var. Bu hücum müharibənin növbəti siqnalıdır. İkinci məsələ isə İranın zəifləməsinin Ermənistan və Qarabağın (Xankəndidəki seperatçı rejimin – red.) təhlükəsizliyinə birbaşa təsir edəcəyidir. Başqa sözlə, İran nə qədər zəif olsa, Ermənistan, xüsusilə də Zəngəzur o qədər zəif olacaq. Beləliklə, gecə baş verənlər növbəti təşvişedici siqnaldır”.
Qeyd edək ki, İran Zəngəzur dəhlizinin əsas əleyhdarlarındadır. Bundan öncə Tehran müxtəlif səviyyələrdə regionda geosiyasi balansın dəyişməsinə izn verməyəcəyini deməklə Bakıya mesaj göndərib. Üstəlik, İrəvana ən müxtəlif formalarda dəstək onun Bakı ilə münasibətlərinin gərginləşməsinə şərait yaradıb.
- Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY
- Bakı dairəvi yolunda qəza: tıxac yarandı - Video
- ASCO sədri idarə rəisini özünə müşavir təyin etdi
- DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
- Fəzail Ağamalının vida və dəfn yeri bilindi
- Bu yolda sürət həddi endirildi
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...
- Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?