Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 827 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 418, bu günə qədər isə ümumilikdə 7 484 660 test icra olunub.
- Putin və Ərdoğan Ukraynanı müzakirə edəcək
- Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
- Polşa səfiri XİN-ə çağırıldı
- 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
- Fidan Darla danışdı