GünAzTv-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından biri olan Əhməd Obalı Güney Azərbaycanda dünən gecə baş verən zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb.
BUTA.TV Musavat.com-a istinadən məlumatına görə, Əhməd Obalı bildirib ki, Xoy şəhərinin yaxınlığında hələ 10 gün əvvəl baş verən güclü zəlzələdən sonra onlarla soydaşımız evsiz qalıb:
“Onlar bu gün də küçələrdə gecələyir, mənfi on dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Eyni zamanda, dünən gecə baş verən zəlzələdən sonra da İran dövlətinin dediyinə görə 973 nəfər yaralanıb, ölənlər var. 70 kəndin 80 faizi dağılıb. Bundan öncəki statistikaya baxsaq deyə bilərik ki, xəsarət alan və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib...”
Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinadsız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib:
“İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”.
Onu da qeyd edək ki, bu dəqiqələrdə İranın Xoy şəhərində 4,5 bal gücündə daha bir zəlzələ olub. Zəlzələ Naxçıvanda da hiss edilib.
- Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY
- Bakı dairəvi yolunda qəza: tıxac yarandı - Video
- ASCO sədri idarə rəisini özünə müşavir təyin etdi
- DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
- Fəzail Ağamalının vida və dəfn yeri bilindi
- Bu yolda sürət həddi endirildi
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...
- Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?