Moskvada Njde mübahisəsi qızışır

11:56 - 30 Yanvar 2023 - GÜNDƏM

 Moskvada Njde mübahisəsi qızışır

Son günlər nasistlərin əlaltısı olan erməni Qaregin Njdenin təbliğatı geniş vüsət almağa başlayıb.

Xüsusən Rusiyadakı erməni diasporu terrorçunun təbliğatı ilə bağlı canfəşanlıq göstərməyə başlayıb. Hələ ötən ilin əvvəlində Moskvada Njde haqqında film nümayiş etdirmək cəhdi böyük səs-küyə səbəb olmuşdu. O zaman nasist əlaltısı haqqında filmin çəkilməsi Rusiya ictimaiyyəti arasında narazılıqla qarşılandı. Filmin nümayişinin qarşısı Rusiya hüquq-mühafizə orqanları tərəfindən alındı.

Njdenin nasist əlaltısı olması artıq sübut olunub. Rusiya arxivlərində Njdenin nasist Almaniyası ilə əməkdaşlığını sübut edəcək xeyli sayda sənəd var. Hətta terrorçu İkinci Dünya müharibəsindən sonra NKVD tərəfindən həbs olunub. Njdeni qəhrəmanlaşdırmaq istəyən ermənilərin onun nasist əlaltısı olmaması ilə bağlı səs-küyləri də işə yaramır. Ortada arxiv sənədləri var.

İndi ermənilər yenidən Njde məsələsində fəallaşmağa başlayıblar. Təbii ki, alman faşizmindən ziyan çəkən rus milləti öz ölkələrində Njde kimi terrorçunun qəhrəmanlaşdırılmasına dözmək niyyətində deyil.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Dünən, yanvarın 29-da Moskvanın “İzmaylovo” konsert azlında nasist terrorçunun adını daşıyan “Njde” rəqs qrupunun konserti baş tutmayıb. Məlumata görə, konsertin keçiriləcəyi bina bomba təhlükəsi ilə təxliyə olunub.

Məşhur gürcü əsilli rusiyalı aparıcı Giya Saralidze Rusiyada nasist əlaltısının adına rəqs qupunun yaradılmasına və konsert verməsinə etirazını bildirib.

Njdenin Vermaxtın erməni legionunun yaradıcısı olduğunu deyən Saralidze onun almanlarla əməkdaşlığının müharibənin ilk günlərində başladığını xatırladıb:

“MKİ-nin açılmış sənədlərində də qeyd olunur ki, Njde SD və “Abver”lə aktiv şəkildə əməkdaşlıq edib”.

Göründüyü kimi, Rusiya ictimaiyyəti nasist əlaltısı olan Njdenin öz ölkələrində qəhrəmanlaşdırılmasına səssiz qala bilmir. “Ukraynada nasistlərlə mübarizə aparırıq” deyən bir xalqın öz ölkəsində Njdeni göylərə qaldırması da normal qarşılanmazdı. Elə bir sıra rusiyalı fikir adamları da hər zaman bunu vurğulayırlar.

Bəlkə də elə “İzmaylovo”dakı bomba təxliyəsi də rus cəmiyyətinin bir növ etirazı idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol