Kiyev Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın qisasçı mövqeyinə görə sərt cavab ala bilər.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan “Nour Nyus” agentliyi məlumat yayıb.
“Podolyakın İsfahandakı İran Müdafiə Nazirliyinin obyektində gecə saatlarında baş vermiş insidentə qisasçı yanaşması ciddi hüquqi nəticələrə səbəb ola bilər. Onun bəyanatları doğruluğundan asılı olmayaraq, təhlil olunacaq. Ukrayna rəsmisinin və İsrailin qeyri-rəsmilərinin hadisəyə yanaşması bu iki ölkənin birgə şəkildə İran təhlükəsizliyinə təhdidindən xəbər verir”, - məlumatda deyilir.
Qeyd edək ki, Podolyak İrandakı partlayışları bu cür şərh edib: “İranda partlayıcı gecə: dron və raket istehsalı, neft email zavodu. Ukrayna axı xəbərdarlıq etmişdi”.
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək