Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım. Danışıqlarımızda hər hansı bir problemin olduğunu deməmişdi.
BUTA.TV xəbər verir ki, bunu şəhid Orxan Əsgərovun dəfn mərasimində atası Rizvan Əsgərov deyib.
O bildirib ki, oğlunun arzuları böyük idi.
"Orxan böyük Türk dünyası uğrunda çalışırdı. Çox vətəncanlı idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarımçıq qalan arzularını biz yerinə yetirək", - atası vurğulayıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
- Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
- Polşa səfiri XİN-ə çağırıldı
- 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
- Fidan Darla danışdı
- Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı