"2023-cü ildə sosial paketin genişləndirilməsi prioritetdir. Pensiyalarda artıq artımlar baş verdi. Həm yardımların pensiya hissəsinə əlavələr edilməsi, həm də indeksasiyanın həyata keçirilməsi müşahidə olundu. Artıq fevral ayından etibarən pensiyaçılar artımla öz pensiyalarını aldılar".
Bu sözləri BUTA.TV-ə açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu il ərzində də pensiya, maaş və sosial müavinətlərin artması gözlənilir:
"Minimum əmək haqqının artması digər istiqamətlərdə də məvaciblərə təsir göstərdi. Xüsusən vahid tarif cədvəli üzrə maliyyələşən işçilərin əmək haqlarında bunu görmək mümkün oldu. Növbəti mərhələdə əmək haqlarının artması birbaşa sərəncamlardan asılı olacaq. Praktiki olaraq həm pensiya, həm sosial müavinət, həm də təqaüdlərdə artımları müşahidə etmişik. Ölkə başçının siyasi iradəsi ondan ibarətdir ki, sosial proqramlara ayrılan vəsaitin həcmində artımlar və bu konteksdə sosial paketin daha da dərinləşməsi həyata keçirilsin. 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətlərə 15,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da ümumi büdcə xərclərinin 46 faiz deməkdir. 2023-cü ildə sosial paket daha da dərinləşəcək".
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı