Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub.
BUTA.TV xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb.
“DJ Kənan Drums” tərəfindən müxtəlif musiqilər səsləndirilib.
Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb.
Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.
- Köçəryan və oğlu belə saxlanıldılar - Video
- Anasının gözləri qarşısında maşın vurub öldürdü - Video
- Zelenski Ərdoğana təşəkkür etdi
- Köçəryan xəstəxanaya aparıldı
- Elçibəyin qardaşı qızının evi əlindən alınıb?
- Köpəklərinə acıqlan, hürməsin yol adamına!
- 1644-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada öldü