Bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mersedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin, 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, A.Əliyev vəfat edib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
- Robert Köçəryan saxlanıldı
- Avropanın Ukrayna ilə bağlı dəqiq planı yoxdur - Valle
- Medvedyevdən Paşinyana: Şizoid ambisiyaların bədəlidir!
- Rusiya cəmiyyəti müharibənin ağrısını hiss etməlidir - Zelenski
- Putin şəxsi biznesə də əl qoyur: Onlar dövlətə keçəcək!
- Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı - Video
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı