Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.
Bu barədə Kult.az-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib. Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib.
"Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.
O, "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Sənsiz keçən illər", "Piyadaların döyüşü", "Mənim müharibəm", "Geriyə yol varmı" və digər bədii-publisistik kitabların müəllifidir.
Allah rəhmət eləsin!
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?