Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.
Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilib.
Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Türkiyəyə məxsus təyyarənin daha 2 qalığı tapıldı
- Azərbaycan konstitusiyasının əsas hədəflərindən biri... - Deputat
- Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım
- Qəzanın baş verdiyi ərazidə axtarış işləri davam etdirilir
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər