Rusiya Avropadakı dondurulmuş aktivləri müqabilində Ukraynanı satın ala bilər.
BUTA.TV xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Mənim ağlıma belə bir fikir gəlir, deməli, Mərkəzi Bankımızın 300 milyard dollarlıq aktivinə həbs qoyulub. Onları bizə verə bilməzlər, çıxış yolu təklif edirəm - bu pulu bizimlə olmaq istəyən insanların yaşadığı torpaqları almağımıza ödəsinlər. Bu prinsipialdır - bizimlə olmaq istəyənlərə ehtiyacımız var, bizə yad adamlar lazım deyil. Şəxsən mənə Lvov lazım deyil. Bizə nifrət edən bu insanlara niyə ehtiyacımız olsun? Amma öz torpaqlarında bizimlə olmaq istəyən insanlar da var və bu pullar sanki onlar üçün Ukraynaya göndərilir. Onlar bunu təzminat adlandıracaqlar, biz isə sadəcə alış adlandıracağıq”, - o bildirib.
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu