“Nərimanov” metrosu yaxınlığında yerləşən “Mado” restoranının yanında avtobus zolağı bağlanılıb. Bu isə yolda həm insanların, həm də nəqliyyat vasitələrinin hərəkətinə mane törədib.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev artıq sözügedən problemin həll edildiyini bildirib:
“Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində avtobus zolağının xüsusi maneələr vasitəsilə bağlanması qəbuledilməz haldır. Bu cür davranışlar yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də həmin ərazidən keçən müntəzəm marşrut xətlərindən istifadə edən sərnişinlərə qarşı hörmətsizlikdir. Həmçinin, bu zolağın zəbt olunması avtobusların da müəyyən olunmuş qrafik üzrə hərəkətini ləngidir. Nəticədə gün ərzində minlərlə sərnişin lüzumsuz yerə vaxt itirərək əsəb və stres yaşayır. Agentliyin müdaxiləsi nəticəsində artıq zolaq üzərində olan maneələr tamamilə aradan qaldırılıb”.
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu