Həkimlərin dediyinə görə, vəziyyəti qənaətbəxşdir və hər hansı həyati təhlükəsi yoxdur. Özünü yaxşı hiss edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) sədr müavini Adil Əliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dövlətin aidiyyəti qurumları faktla bağlı araşdırmalara başlayıblar:
“Hesab edirəm ki, bu ağır terror hadisəsidir. Deputata qarşçı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir. Tam arxayın ola bilərsiniz ki, bu hadisə ilə bağlı dövlət tərəfində ciddi tədbirlər həyata keçiriləcək”.
O qeyd edib ki, daxili nizamnaməyə əsasən millət vəkilləri mühafizəçilərlə təmin olunmurlar:
“Millət vəkilləri əgər istəyirlərsə, silahla təmin oluna bilərlər. Hesab edirəm ki, Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər”.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir