Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir:
“Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir. Hətta Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin hazırlanmasında təcrübəli şəxslərin fikirlərinin öyrənilməsinə diqqət çəkmişdi. Yəqin ki, sənəd hazırlanır və lazımi mərhələdə komitə üzvləri də dəvət olunacaq. Hesab edirəm ki, bu işlər dərmanların Azərbaycana gətirilməsini sadələşdirəcək və bundan sonra qiymətlərin də aşağı düşməsi mümkün ola bilər”.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir