Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.
- Bakının 2 rayonunda işıq olmayacaq
- Niderland üçün də DÇ başa çatdı - Yenilənib - Video
- 23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü - Foto
- Qızıl öpüşdən qara seriyaya - 12 illik kabus
- DÇ-də sensasiya - Almaniya Paraqvaya uduzdu-Yenilənib
- Bu məktəbin tikintisinə 1 milyon manat xərclənəcək
- Braziliya 1/8 finalda! - Video-Yenilənib
- “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı