“Eyr Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə aviaşirkətin Feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilir ki, ilk aviareys artıq martın 28-də həyata keçirilib.
“Eyr Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.
Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir