Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı, günbəgün vəziyyəti daha da yaxşı olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, qardaşının müalicəsi həkimlərin nəzarətində davam edir:
“Həkimlər vəziyyətinin günbəgün daha da yaxşı olduğunu deyirlər. Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür olsun ki, həyati təhlükəsiz yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...