Azərbaycan Ordusu Qarabağa intensiv silah daşınmalarının qarşısını almaq üçün Laçının Cağazur və Zabux kəndləri arasındakı bir sıra hakim yüksəklikləri nəzarətə götürüb. Paralel olaraq bir sıra əsas və yardımçı yollar, həmçinin sərhəd boyunca uzanan geniş ərazilər də Azərbaycanın nəzarətindədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert nəzarətə götürülən ərazilərdə həm də sərhəd-keçid məntəqəsinin qurulacağını vurğulayıb:
“Xatırlatmaq istəyirəm ki, işğal və sonrakı dövrdə ermənilər Laçından Qarabağa daşınmaları da məhz Zabuxdan keçən yol vasitəsilə aparıb. Artıq bu yol tamamilə Ordumuzun nəzarətindədir. Yəqin yaxın müddətdə həmin ərazilərdə sərhəd-keçid məntəqəsinin qurulmasını da müşahidə edəcəyik. Bu irəliləmə suveren ərazilərimizə nəzarəti təmin edir, eyni zamanda, Gorus istiqamətində Ermənistan ordusunun manevrlərini izləmək imkanı verir. Əsas məsələ isə odur ki, artıq Azərbaycan əsgəri iki ölkə sərhədindəki ərazilərimizə özü nəzarət edəcək”.
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı