İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus “Boinq” sərnişin təyyarəsinin kabin heyətinə hücum edilib.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib.
Belə ki, təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb.
O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı məlumat verib. Polis qruplarından dəstək istəyib.
Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı