Sabah Ramazan ayının doqquzuncu günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 31-də imsak vaxtı saat 05:00-da, iftar vaxtı isə 19:18-dədir.
Doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.
Tərcüməsi: "İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı