Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.
Bu, Heydərinin Azərbaycanı 44 günlük müharibədə İŞİD terrorçularını bölgəyə gətirməsinə dair ittihamına cavab olmaqla yanaşı, həm də son hadisələr - səfirliyimizə və deputata hücumla bağlı Tehrana “baş verənlərin arxasında sizin dayandığınızı bilirik” mesajı kimi də qəbul edilə bilər.
Diqqətçəkən məqamlardan biri də Bakının Tehranın “terrorçularla” bağlı ittihamlarına ilk dəfə “terroru dəstəkləyən İrandır” kontekstində cavab verməsidir və bu, Azərbaycan-İran xəttində gərginliyin yeni mərhələdə davam edəcəyindən xəbər verir.
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz