Argentinanın məşhur futbolçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması - red.) keçirib.
BUTA.TV xəbər verir ki, sabiq futbolçu verilişin aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib.
Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib.
Həkim müayinəsindən sonra o, səhhətinin qaydasında olduğunu deyib: “Mini aritmiya keçirdim. Belə vəziyyətdə köməyə ehtiyac olub-olmadığını müəyyən edən çip var. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər”.
Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında İspaniya klubu “Barselona”ya keçsə də, cəmi dörd ay sonra ürəyində yaranan problemə görə karyerasını bitirib.
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı