Tarix elmləri doktoru, professor, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidinin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım haqda “Qarabağ-Zəngəzur. 1918” adlı yeni kitabı nəşr olunub.
Kult.az xəbər verir ki, bu barədə tarixçi özü məlumat yayıb.
“Xalqımızın XX əsr tarixinin ən faciəli hadisəsi haqda ölkəmizin demək olar bütün ərazisini əhatə etmiş kütləvi qırğınları sənədləşdirmək məqsədilə AXC hökumətinin yaratdığı “Fövqəladə Təhqiqat Komissiyasının materialları” silsiləsindən Qarabağ-Zəngəzur bölgəsinə həsr edilmiş yeni sənədlər toplusunu axır ki, bu gün üçün ərsəyə gətirdim. Topluya 1918-1919-cu illərdə Yelizavetpol-Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında baş vermiş qanlı olayları, erməni ordu birləşmələrinin və yerli erməni əhalisinin törətdikləri kütləvi qırğınlar, qətllər, qarətlər, talanlar və yanğınları əks etdirən 290 sənəd daxil edilib. Həmçinin, “Qarabağ-Zəngəzur: Millətçilik illyuziyaların yolu ilə. (“Erməni məsələsi” kontekstində)” adlı geniş tarixi oçerk də yazmışam”, - S.Tohidi qeyd edib.
Tarixçinin sözlərinə görə, kitabda yer alan sənədlər rus dilində olduğu üçün bütün kitab da təbii olaraq, digər informasiya-məlumat aparatı ilə birlikdə rus dilində nəşr olunub. O, həmçinin vurğulayıb ki, sənədlərin əhəmiyyəti və aktuallığı baxımından nəşrin Azərbaycan və digər dillərə tərcümə edilməsi zəruridir.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!