Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.
BUTA.TV xəbər verir ki, bu barədə XİN mətbuat katibi Ayxan Hacızadənin 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavabında qeyd edilib.
"Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar", - deyə qeyd olunub.
- Azərbaycanda 50 min manatlıq yeni cərimə...
- “Müəllim niyə yazıq olsun ki, iş yeri, maaşı var...”
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Emin Ağalarovdan ev istədi, o isə saat hədiyyə etdi - Video
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu
- Bu nəticələr narahatedicidir - Nazir
- Özünün və bacısının mənzilləri söküldü, ev verilmədi - Video
- 20 min müəllim... – Nazirdən şad xəbər