Ukrayna hökuməti Kanadadan güzəştli şərtlərlə 2,4 milyard Kanada dolları (1,8 milyard ABŞ dolları) kredit alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri Sergey Marçenko deyib.
“Bu vəsait müharibə şəraitində olan Ukrayna vətəndaşlarını dəstəkləməyə və rus təcavüzkarı üzərində qələbəmizi yaxınlaşdırmağa kömək edəcək”, - o deyib.
Əlavə kredit 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5% təşkil edir.
Qeyd edək ki, hələ dekabrda Kanada hökuməti Kiyevə 500 milyon dollar kredit ayırıb.
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
- Rusiya və Ukrayna əsirləri dəyişdi
- Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
- 1643-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Ukrayna Avropanın qoruyucusudur – Börnhem
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - Fotolar+Video - Yenilənib